Menyu

Qalibafdan Trampa xəbərdarlıq: ABŞ-yə fərqli cavab verməyə hazırıq

Operativ Media
Qalibafdan Trampa xəbərdarlıq: ABŞ-yə fərqli cavab verməyə hazırıq

İran parlamentinin sədri və ABŞ ilə danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri Məhəmmədbaqer Qalibaf Ağ Ev rəhbəri Donald Trampın təhdidlərinə cavab verib.

Operativ Media xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Özləri barədə düşünmürlər ki, əgər təhdidlərinin bir nəticəsi olsaydı, bugünkü çarəsiz vəziyyətə düşməzdilər? Biz amerikalıların təhdidlərini heç sayırıq", - Qalibaf bildirib.

"Yaxşı olar ki, öz bəyanatlarına fikir versinlər. Silahlı Qüvvələrimiz onlara fərqli şəkildə cavab verməyə hazırdır", - parlament sədri xəbərdarlıq edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb.

Qeyd edək ki, ABŞ və İran arasında İsveçrədə danışıqlar aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər