Menyu

"Al Mayadeen": İran nümayəndə heyəti Tramp üzr istəməyincə danışıqlara qayıtmayacaq

Operativ Media
"Al Mayadeen": İran nümayəndə heyəti Tramp üzr istəməyincə danışıqlara qayıtmayacaq
1 dəq oxu

İsveçrədə ABŞ nümayəndələri ilə dialoqda iştirak edən İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın nümayəndə heyətlərinin görüşləri zamanı səsləndirdiyi hədələrə görə üzr istəməyəcəyi təqdirdə rəsmi görüşləri davam etdirmək niyyətində deyil.

Operativ Media xəbər verir ki, bu haqda "Al Mayadeen" telekanalı məlumat yayıb. 

Telekanal iddia edir ki, İran nümayəndə heyəti "Tramp üzr istəyənə qədər danışıqlara qayıtmayacaq". Məlumatda həmçinin qeyd olunur ki, iranlı danışıqlar aparan tərəflər artıq "təkcə Livanda hərbi əməliyyatların dayandırılmasını tələb etmir, həm də İsrail qoşunlarının Cənubi Livandan çıxarılması tələbini irəli sürüblər".

Əlaqəli Xəbərlər