Menyu

Numan Kurtulmuş Azərbaycana səfər edəcək

Operativ Media
Numan Kurtulmuş Azərbaycana səfər edəcək
1 dəq oxu

Türkiyə Böyük Millət Məclisinin sədri Kurtulmuş Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər İttifaqının (İƏT-İB) 20-ci Konfransında iştirak etmək üçün 23-24 iyun 2026-cı il tarixlərində Azərbaycana səfər edəcək.

Operativ Media xəbər verir ki, Kurtulmuşun Bakıda keçiriləcək konfransda İslam ölkələri arasında siyasi, iqtisadi və parlament əməkdaşlıqlarından müharibələr və böhranlar nəticəsində didərgin düşmüş milyonlarla insan üçün beynəlxalq həmrəylik çağırışına qədər müxtəlif mövzularda mesajlar verməsi gözlənilir. O, həmçinin iştirakçı ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.

Əlaqəli Xəbərlər