Menyu

Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə görüş keçirib

Operativ Media
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə görüş keçirib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Türkmənistan arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun ikitərəfli əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Nazirlər ticarət-iqtisadi, enerji, nəqliyyat-tranzit, logistika, gəmiçilik, humanitar və mədəni sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparıblar. Bu çərçivədə, regional bağlantıların gücləndirilməsi, Orta Dəhlizin potensialından daha səmərəli istifadə olunmasının əhəmiyyəti qeyd edilib.

Görüşdə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Tərəflər BMT və digər çoxtərəfli platformalarda qarşılıqlı dəstək və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan-Türkmənistan əlaqələrinin bundan sonra da qarşılıqlı fayda və strateji tərəfdaşlıq ruhunda inkişaf etdirilməsi istiqamətində birgə səyləri davam etdirmək niyyətlərini ifadə ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər