Menyu

Polşa Prezidenti Türkiyəyə səfər edəcək

Operativ Media
Polşa Prezidenti Türkiyəyə səfər edəcək

Polşa Prezidenti Karol Navrotski 23-24 iyunda Türkiyədə rəsmi səfərdə olacaq.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

"Polşa Prezidenti Karol Navrotski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2026-cı ilin 23-24 iyununda Türkiyəyə rəsmi səfər edəcək", - paylaşımda bildirilib.

Qeyd olunub ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə və Polşa arasında münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək və mövcud əməkdaşlığın inkişaf etdirilməsi üçün atıla biləcək addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlər haqqında fikir mübadiləsinin aparılması da nəzərdə tutulur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər