Menyu

Kubada Ramiro Valdez Menendezin vəfatı ilə əlaqədar milli matəm elan edilib

Operativ Media
Kubada Ramiro Valdez Menendezin vəfatı ilə əlaqədar milli matəm elan edilib

Kuba Prezidenti Migel Dias-Kanel Fidel və Raul Kastronun dostu və silahdaşı, tanınmış Kuba inqilabçısı Ramiro Valdes Menendesin vəfatı ilə əlaqədar iyunun 23-də ölkədə milli matəm elan edib.

Operativ Media "Cubadebate" rəsmi portalına istinadən xəbər verir ki, matəm iyunun 23-ü saat 14:00-dan, 24 iyun saat 08:00-dək qüvvədə olacaq. Karib dənizi respublikasının prezidenti milli matəm dövründə ölkə boyu dövlət qurumlarının binalarında dövlət bayraqlarının endirilməsi barədə sərəncam verib.

Kubadakı inqilabi proses boyu Kuba İnqilabının liderləri Fidel və Raul Kastronu müşayiət edən, o cümlədən 1953-cü ildə Santyaqo-de-Kuba şəhərində "Monkada" kazarmasının tarixi hücumunda iştirak edən Valdes Menendes iyunun 21-də 94 yaşında vəfat edib. O, müxtəlif illərdə Kuba hökumətində və Kommunist Partiyasında rəhbər vəzifələr tutub, 2009-cu ildən isə respublikanın baş nazirinin müavini olub. Ömrünün son günlərinə qədər Raul Kastro ilə birlikdə ictimaiyyət qarşına çıxan Kuba inqilabçısı ölkənin müxtəlif şəhərlərində keçirilən genişmiqyaslı nümayişlərdə iştirak edib. Valdes Menendes Kuba Respublikasının Qəhrəmanı və Kuba Respublikasının Əmək Qəhrəmanıdır.

Valdes Menendeslə rəsmi vidalaşma mərasimi iyunun 23-də Kuba İnqilabi Silahlı Qüvvələri Nazirliyinin binasında keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər