Menyu

Almaniya Kansleri dövlət qurumlarını böhtandan qorumaq üçün qanunvericiliyi dəyişmək istəyir

Operativ Media
Almaniya Kansleri dövlət qurumlarını böhtandan qorumaq üçün qanunvericiliyi dəyişmək istəyir

Almaniya Kansleri Fridrix Merts şəxsi təhqirlərin onu narahat etmədiyini, lakin dövlət qurumlarının və hökumət orqanlarının kütləvi böhtandan qorunması üçün qanunvericiliyə düzəlişlər edilməsini istədiyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Almaniya KİV-i məlumat yayıb.

İfadə azadlığı ilə təhqir arasındakı sərhədlərə toxunan kansler şəxsiyyət və vəzifə amillərini bir-birindən ayırmağın vacibliyini vurğulayıb:

"Əgər kimsə mənə axmaq deyirsə, bu onun öz işidir. Mən fərqli fikirdəyəm, lakin bu onu cinayət etmir. Keçmişdə şəxsi təhqirlərlə üzləşdikdə məhkəməyə şikayət etdiyimi xatırlayıram, lakin kansler olduqdan sonra artıq bu cür addımlar atmıram".

Hökumət rəhbəri dövlət təsisatlarının nüfuzunun qorunmasının zəruri olduğunu qeyd edib:

"Dövlət vəzifələri təhqir edildiyi an, zarafat bitir. Biz cəmiyyət olaraq bununla mübarizə apara bilməliyik, çünki bu, artıq ifadə azadlığı deyil, demokratiyamıza zərər vuran amildir".


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər