Qazaxıstan Prezidenti Belçikaya səfər edib
Şəfa Hüseynli
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Belçikaya səfər edib.
Operativ Media xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Qeyd edək ki, Tokayev Avropa Şurasının prezidenti Antonio Kostanın dəvəti ilə Brüsselə rəsmi səfər edib.
Tərəflər Qazaxıstan və Avropa İttifaqı arasında genişləndirilmiş tərəfdaşlıq və əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə edəcəklər.
Həmçinin, Kasım-Jomart Tokayev Qazaxıstan-Aİ dəyirmi masasında Avropanın aparıcı şirkətlərinin rəhbərləri ilə çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net