Menyu

Tural Gəncəliyev: Azərbaycan və Türkmənistan münasibətləri strateji xarakter daşıyır

Ayşən Sadıxzadə
Tural Gəncəliyev: Azərbaycan və Türkmənistan münasibətləri strateji xarakter daşıyır

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovin Azərbaycana səfəri iki qardaş ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. 

Bu sözləri Operativ Media-ya deputat Tural Gəncəliyev deyib. 

O bildirib ki, Qarabağın bərpasına göstərilən dəstək, Füzulidə məscid tikintisi təşəbbüsü, mədəni-humanitar əlaqələrin genişlənməsi, nəqliyyat-logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi və enerji sahəsində yeni perspektivlər qardaş ölkələr arasında münasibətlərin daha da möhkəmləndiyini göstərir:

“Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan və Türkmənistan arasındakı əlaqələr ortaq tarixə, mədəniyyətə, milli-mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslanır. Bu gün Azərbaycan və Türkmənistan yalnız ikitərəfli əməkdaşlığı inkişaf etdirmir, həm də regionda sabitliyin, iqtisadi tərəqqinin və qarşılıqlı faydalı tərəfdaşlığın güclənməsinə mühüm töhfə verir. Qardaşlıq, dostluq və qarşılıqlı dəstək üzərində qurulan bu münasibətlər gələcəkdə də xalqlarımızın rifahına xidmət edəcək”.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər