Rubio: İran üçün investisiyanın ayrılması təhlükəsizlik məsələlərinin həllindən asılı olacaq
İranın yenidən qurulması üçün vəsaitin ayrılması təhlükəsizlik məsələlərinin həllindən asılı olacaq və bu kapital qoyuluşu Amerika hökuməti tərəfindən edilməyəcək.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Yaxın Şərq turnesi çərçivəsində səfər etdiyi Əbu-Dabidə bildirib.
“Bu, çox uzaq gələcəkdə baş verəcək. Bu, İranın rəhbərliyinin terror ixrac edən inqilabi hərəkat deyil, bir dövlət qurmaq istəyəcəkləri təqdirdə müzakirə oluna bilər”, - deyə o, ərəb ölkələrinin Tehranın xeyrinə investisiya fondunun yaradılmasında iştirak perspektivlərini şərh edərkən bildirib.
“Əgər onlar (İran hakimiyyəti – red) qeyd etdiyim seçimi etsələr, imkanlar əldə edəcəklər. Və bu imkanlara investisiyalar da daxil ola bilər. Regiondakı digər ölkələr investisiyalardan faydalandığı kimi, birbaşa xarici investisiyalar da İrana cəlb edilə bilər. Bu, yaxın günlərdə həll edilməli olan bir sıra təhlükəsizlik məsələlərində irəliləyişdən asılı olacaq”, - deyə ABŞ dövlət katibi bildirib.