Menyu

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi UN80 Nizamnaməsinə imza atıb

Operativ Media
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi UN80 Nizamnaməsinə imza atıb

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev təşkilatın simvolik UN80 nizamnaməsini imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanındakı daimi nümayəndəsi simvolik UN80 Nizamnaməsini imzalayaraq, Azərbaycanın Nizamnamənin məqsəd və prinsiplərinə davamlı sadiqliyini, həmçinin səmərəli çoxtərəfliliyə və beynəlxalq əməkdaşlığa sarsılmaz dəstəyini bir daha təsdiq edib", - paylaşımda bildirilib.

Qeyd edək ki, BMT-nin 80 illiyi və UN80 təşəbbüsü, qurumun quruluşunun 80-ci ildönümü münasibətilə təşkilatın baş katibi Antonio Quterreş tərəfindən başladılan qlobal islahat prosesidir. Məqsəd BMT-ni müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər