Menyu

Donald Tramp transgender idmançıların qadın kateqoriyasında çıxışına qarşı çıxdı

Operativ Media
Donald Tramp transgender idmançıların qadın kateqoriyasında çıxışına qarşı çıxdı

ABŞ Prezidenti Donald Tramp transgender kişilərin qadınlar arasında keçirilən idman yarışlarında iştirak etməməli olduqlarını bildirib.

Operativ Media xəbər verir ki, o, bu haqda Pensilvaniya ştatının Allentaun şəhəri yaxınlığında iqtisadi məsələlərlə bağlı çıxışı zamanı deyib.

​"Cinsiyyətini dəyişmiş bir kişi gəldi. Belə bir termin var. O, kişi ağıratletlərin siyahısında ən son sıralarda idi, lakin indi qadın ağıratletdir. O, çəkiyə baxdı, zənnimcə, orada 210 funt var idi. Bu, qadın üçün çoxdur, lakin bunu bir əli ilə də edə biləcək bir kişi üçün deyil", – deyə ABŞ lideri qeyd edib. 

​Daha sonra Ağ Ev rəhbəri kişi idmançının ştanqı iki əllə qaldırmasını nümayiş etdirən hərəkəti də təqlid edib.

​"Və o qələbə qazandı, hamı isə bunun nə qədər möhtəşəm olduğunu söylədi. Biz dəliyik? Kişilər qadın idmanında iştirak etməməlidirlər", – deyə Tramp fikrini tamamlayıb.

​Mart ayında Beynəlxalq Olimpiya Komitəsi (BOK) transgenderlərin qadınlar arasındakı yarışlarda iştirakını qadağan etmək barədə qərar qəbul edib. Daha sonra BOK-dan dəqiqləşdiriblər ki, transgenderlər Olimpiya Oyunlarında yalnız öz bioloji cinslərinə uyğun kateqoriyalarda yarışa biləcəklər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər