Menyu

Almaniyada dəmir yolu nəqliyyatının hərəkəti müvəqqəti dayandırılıb

Şəfa Hüseynli
Almaniyada dəmir yolu nəqliyyatının hərəkəti müvəqqəti dayandırılıb
1 dəq oxu

Almaniyada dəmir yolu rəqəmsal rabitə sistemində yaranmış nasazlıq səbəbindən qatarların hərəkəti ölkə üzrə müvəqqəti dayandırılıb.

Operativ Media xəbər verir ki, bu barədə  Almaniya Dəmir Yolları Şirkətinin (Deutsche Bahn) məlumat yayıb.

Bildirilib ki, sistemdəki nasazlıq şəhərlərarası yüksək sürətli qatarlara, eləcə də regional xətlərə və Berlin şəhərətrafı dəmir yolu şəbəkəsinə mənfi təsir göstərib.

Deutsche Bahn rəsmiləri açıqlamalarında nasazlığın mənbəyi barədə ətraflı məlumat verməsələr də, sistemin ehtiyat təcili mexanizm vasitəsilə sabitləşdirildiyini və xidmətlərin səhər saatlarından etibarən tədricən bərpa olunduğunu bildiriblər.

Əlaqəli Xəbərlər