Pakistan ABŞ-İran texniki danışıqlarının gələn həftə bərpa olunacağını bildirib
Operativ Media
ABŞ və İran arasında texniki səviyyəli danışıqlar müvəqqəti fasilədən sonra gələn həftə bərpa olunacaq.
Operativ Media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Əndərabi İslamabadda jurnalistlərə bildirib ki, "Texniki danışıqlar gələn həftə bərpa olunacaq. Bu, müvəqqəti fasilədir və danışıqlar davam edəcək".
O, ABŞ və İran prezidentləri tərəfindən ötən həftə imzalanan İslamabad Anlaşma Memorandumu və sonrakı İsveçrə sammiti mübahisələrin həlli və gərginliyin azaldılması üçün effektiv vasitə kimi dialoq və diplomatiyanın əhəmiyyətini vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net