Menyu

Numan Kurtulmuş İran Parlamentinin sədri Qalibaf ilə görüşüb

Operativ Media
Numan Kurtulmuş İran Parlamentinin sədri Qalibaf ilə görüşüb

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 20-ci Konfransında İran Parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə TBMM sədri sosial media hesabında paylaşım edib.

Bildirilib ki, Qalibaf ABŞ-İran razılaşmasından məmnunluğunu və regional sülhə ümid etdiyini bildirib.

"ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin beynəlxalq hüquq çərçivəsində davamlı sülh razılaşması ilə başa çatmasını arzuladığımızı bir daha təkrarladıq və İranın davamlı sülhə, əmin-amanlığa, təhlükəsizliyə və dincliyə nail olacağına və bütün regionun bu sülhdən faydalanacağına ümid etdiyimizi bildirdik. Həmçinin parlamentlərimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını və birgə iş sahələrini müzakirə etdik", - sədr paylaşımda qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər