Paşinyan Modi ilə telefon danışığı aparıb
Ermənistan Baş nazir Nikol Paşinyan Hindistanın Baş naziri Narendra Modi ilə telefonla danışıb.
Operativ Media xəbər verir ki, bu barədə Paşinyanın ofisi məlumat yayıb.
Tərəflər Ermənistan-Hindistan dostluq münasibətlərinin davamlı inkişafının vacibliyini vurğuladılar və ikitərəfli əməkdaşlığın müsbət dinamikasını məmnuniyyətlə qeyd ediblər.
Həmçinin, siyasi dialoqun gücləndirilməsinin, eləcə də iqtisadiyyat, yüksək texnologiyalar, təhsil, mədəniyyət və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Baş nazirlər həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığa toxunublar və Ermənistan-Hindistan gündəliyinin bir neçə sahəsi üzrə münasibətlərin daha da dərinləşdirilməsinə yönəlmiş addımları müzakirə ediblər.Tərəflər həmçinin iki ölkə arasında əməkdaşlığı daha da gücləndirmək və yeni təşəbbüslərin təşviqi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulayıblar.