Bəqai: ABŞ müdaxilə etdikcə Yaxın Şərqdə sülh olmayacaq
ABŞ ilə müttəfiqlərinin Yaxın Şərqə hərbi müdaxiləsi davam etdikcə regionda sülh və sabitlik bərqərar olmayacaq.
Operativ Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.
İranın XİN sözçüsü bunu ABŞ dövlət katibi Marko Rubionun sözlərinə cavab olaraq bildirib.
“Heç kim belə bəyanatlara aldanmayacaq. Regionumuzda həqiqi sülh ABŞ-ın hərbiləşdirmə və müdaxilə siyasəti davam etdiyi, onun himayəsində olan işğalçı qüvvə tam cəzasızlıq şəraitində bölgəyə sonsuz müharibələr sırıdığı, soyqırımı və digər ağır cinayətlər törətdiyi müddətcə mümkün olmayacaq”, - Bəqai yazıb.
Xatırladaq ki, Rubio regiondakı sülh və sabitliyin həssaslığını İran ilə Tehrana bağlı proksi qüvvələrin fəaliyyəti ilə əlaqələndirib.