Menyu

Venesuelada zəlzələ genişmiqyaslı dağıntılara səbəb olub

Operativ Media
Venesuelada zəlzələ genişmiqyaslı dağıntılara səbəb olub
Xəbər verdiyimiz kimi, iyunun 24-ü axşam saatlarında Venesuelada güclü zəlzələ baş verib. Təxminən 40 saniyəlik fərqlə 7,2 və 7,5 bal gücündə iki ardıcıl təkan qeydə alınıb.

Zəlzələlərin episentri ölkənin Yaracuy əyalətində, bir-birindən cəmi 10 kilometr məsafədə yerləşib.

Operativ Media xəbər verir ki, Kolumbiyanın "Radio Caracol" radiostansiyasının müxbiri Qabriela Qonsalesin verdiyi məlumata görə, təbii fəlakət yaşayış infrastrukturuna ciddi və genişmiqyaslı ziyan vurub.

"Venesuela uzun müddətdir ki, bu qədər böyük zəlzələ ilə qarşılaşmayıb. Yeraltı təkanlar təkcə güclü olmaqla qalmayıb, həm də kifayət qədər uzun - təxminən iki dəqiqəyə yaxın davam edib", - deyə jurnalist canlı efirdə bildirib.

Müxbir həmçinin qeyd edib ki, ölkədə son 40 ildən çox müddətdə bu böyüklükdə dağıntı qeydə alınmayıb. Dağıntıların miqyası çox böyük olduğundan, rəsmi qurumların zərərçəkənlərə təcili yardım çatdırmaq səylərində ciddi çətinliklər yaranıb.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər