İsti hava şəraitində sağlamlığı qorumağın qaydaları - Həkim məsləhəti
İsti hava şəraitində ən çox risk altında olan qruplar azyaşlı uşaqlar, yaşlı insanlar və xroniki xəstəlikləri olan şəxslərdir. Xüsusilə 65 yaşdan yuxarı şəxslər, eləcə də ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar yüksək temperaturun mənfi təsirlərinə daha həssasdırlar.
Bu sözləri Operativ Media-ya hepatoloq terapevt Sevinc Abasova deyib.
O bildirib ki, belə günlərdə qidalanmaya xüsusi diqqət yetirilməlidir. Ağır və yağlı qidaların qəbulu məhdudlaşdırılmalı, orqanizmin susuz qalmaması üçün gün ərzində kifayət qədər maye qəbul edilməlidir:
“Risk qrupuna daxil olan şəxslərə günün ən isti saatlarında açıq havada uzun müddət qalmamaq tövsiyə edilir. Xüsusilə səhər saat 11:00-dan axşam 17:00-dək birbaşa günəş şüaları altında olmaqdan çəkinmək, sərin və kölgəli məkanlarda qalmaq vacibdir. Bu qaydalara əməl etmək günvurma, susuzlaşma və digər istiliklə bağlı sağlamlıq problemlərinin qarşısını almağa kömək edir.
Son olataq qisk qrupuna daxil olan allergiyası olan şəxslərdir. Onlar da çalışmalıdırlar ki, günəş şüalarının birbaşa təsiri altında qalmasınlar”.