Menyu

ABŞ-nin kommersiya xam neft ehtiyatları 6,1 milyon barel azalıb

Şəfa Hüseynli
ABŞ-nin kommersiya xam neft ehtiyatları 6,1 milyon barel azalıb
1 dəq oxu

ABŞ-ni kommersiya xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə təxminən 6,1 milyon barel azalıb.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.

Qeyd edilib ki, ölkədəki kommersiya xam neft ehtiyatlarının ötən həftə təxminən 6,1 milyon barel azalaraq 412,1 milyon barelə düşdüyünü açıqlayıb. Lakin, bazar gözləntiləri təxminən 3,9 milyon barel azalma idi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 9,1 milyon barel azalaraq 331,2 milyon barelə düşüb.

Bu dövrdə ABŞ-nin benzin ehtiyatları təxminən 2,1 milyon barel artaraq ümumilikdə 216,3 milyon barelə çatıb.

Əlaqəli Xəbərlər