Menyu

Fransada meşə yanğınları riski ilə əlaqədar narıncı həyəcan siqnalı verilib

Şəfa Hüseynli
Fransada meşə yanğınları riski ilə əlaqədar narıncı həyəcan siqnalı verilib

Fransada günlərlə davam edən həddindən artıq isti hava şəraiti ilə əlaqədar olaraq, 48 əyalətdə meşə yanğınları ilə bağlı xəbərdarlıq səviyyəsi narıncı səviyyəyə qaldırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Fransanın Meteo-France meteorologiya agentliyi məlumat yayıb.

Qeyd edilib ki, termometrlər paytaxt Parisdə 40,3 dərəcə Selsi, Bordoda 41,8 dərəcə və Kazoda 43,6 dərəcəyə çatıb.

Ölkə daxilində həddindən artıq istilər səbəbindən bu gün 72 əyalətdə qırmızı həyəcan siqnalı verilib.

Bundan əlavə, Fransanın 48 əyalətində meşə yanğınları ilə bağlı xəbərdarlıq səviyyəsi narıncıya, Ot-Qaron və De-Sevr əyalətlərində isə qırmızıya qaldırılıb.

Fransada vətəndaşların meşə yanğınları barədə məlumat verdiyi Feux de Foret veb saytındakı məlumata görə, hazırda ölkə daxilində 26 müxtəlif yaşıllıq zonasında yanğınlar baş verir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər