Menyu

"Air Canada" təyyarəsi Bostonda təcili eniş edib

Şəfa Hüseynli
"Air Canada" təyyarəsi Bostonda təcili eniş edib
1 dəq oxu

"Air Canada" sərnişin təyyarəsi kapitanının səhhətindəki problemlər səbəbindən Massaçusets ştatının Boston şəhərində təcili eniş etmək məcburiyyətində qalıb.

Operativ Media xəbər verir ki, bu barədə "CBC" məlumat yayıb.

Təyyarə Nyu-Cersi ştatının Nyuark şəhərindən Kanadanın Nova Scotia əyalətinin Halifax şəhərinə yola düşüb. Uçuş zamanı kapitan özünü pis hiss edib və bundan sonra təyyarənin Bostonda eniş etməsi qərara alınıb. Pilot xəstəxanaya aparılıb.

Qeyd edək ki, "De Havilland Q400" təyyarəsində 61 sərnişin olub, xəsarət alan olmayıb. 

Əlaqəli Xəbərlər