Menyu

Azərbaycan və Polşa XİN-ləri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər - YENİLƏNİB

Operativ Media
Azərbaycan və Polşa XİN-ləri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər - YENİLƏNİB

Xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransı (URC2026) çərçivəsində Polşanın Baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşılıb.

Bildirilib ki, görüşdə tərəflər Azərbaycan-Polşa münasibətlərində müşahidə olunan müsbət dinamikanı məmnunluqla qeyd edərək, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində müntəzəm siyasi dialoq və yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar.

Müzakirələr zamanı iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.

Ceyhun Bayramov həmkarına münaqişədən sonrakı dövrdə regionda baş verən proseslər, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf işləri barədə məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


***
11:34

"Ukraynanın Bərpası Konfransı" çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov polşalı həmkarı Radoslav Sikorski ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər Polşa-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini nəzərdən keçiriblər. Dialoqun əsas mövzularını praqmatik əməkdaşlığın gücləndirilməsi, habelə iki ölkə arasında hazırlanması nəzərdə tutulan yeni saziş layihələri üzərində işin sürətləndirilməsi təşkil edib.

Nazirlər cari regional və beynəlxalq gündəliyə dair fikir mübadiləsi aparıblar. Görüşdə Ukraynaya göstərilən dəstək məsələləri, eləcə də Cənubi Qafqazda mövcud vəziyyət və bölgədəki inkişaf dinamikası ətraflı müzakirə olunub. Ceyhun Bayramov regiondakı proseslərlə bağlı Azərbaycan tərəfinin mövqeyini və qiymətləndirmələrini qarşı tərəfin diqqətinə çatdırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər