Menyu

Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşüb

Operativ Media
Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşüb

İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyev ilə görüşüb.

Nazirlər Kabinetindən Operativ Media-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları, o cümlədən Həştərxan vilayəti arasında əməkdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd edilib.

Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-ticari və investisiya əlaqələrinin inkişafında müsbət dinamika xüsusi vurğulanıb, nəqliyyat, logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirilib.

Həştərxan vilayətinin Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunda məktəbəqədər təhsil müəssisəsinin tikintisi layihəsini həyata keçirməsi ayrıca qeyd olunub.

Görüş əsnasında, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə toxunulub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər