Menyu

Böyük Britaniya Ukraynanın bərpası üçün əlavə 380 milyon dollar ayırıb

Operativ Media
Böyük Britaniya Ukraynanın bərpası üçün əlavə 380 milyon dollar ayırıb

Böyük Britaniya hökuməti Ukraynanın yenidən qurulması üçün əlavə 290 milyon funt sterlinq (380 milyon dollar) ayırıb.

Operativ Media xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper bildirib.

Məlumata görə, yeni yardım paketinə Ukraynanın dövlətə məxsus "Energoatom" şirkətinə nüvə yanacağı tədarük etmək üçün Britaniyanın "Urenco" şirkəti ilə 210 milyon funt sterlinqlik müqavilə daxildir.

Bundan əlavə, Britaniya tərəfi Ukraynada bərpa olunan enerji və bank layihələrinə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə 65 milyon funt sterlinqə qədər vəsait ayıracaq.

"Bu investisiyalara iki külək elektrik stansiyasının tikintisi və Lvov Bankı vasitəsilə biznes dəstəyi daxildir", - məlumatda deyilir.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər