Menyu

Venesuelada zəlzələ qurbanlarının sayı 188-ə çatıb - YENİLƏNİB

Operativ Media
Venesuelada zəlzələ qurbanlarının sayı 188-ə çatıb - YENİLƏNİB

Venesuelada baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin sayı 188 nəfərə çatıb, 1 520 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriqes "VTV"yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda 157 nəfər itkin düşmüş hesab olunur.

"Bu ana olan məlumata görə, zəlzələ nəticəsində 188 nəfər ölüb, 1 520 yaralı xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilir", - deyə Rodriqes bildirib.

Parlament sədri qeyd edib ki, 200-dən çox insanın dağıntılar altında qaldığı ehtimal olunur və xilasedicilər onların xilas edilməsi üçün zamanla yarışırlar.

18:29

Venesuelada baş verən zəlzələdən sonra təxminən 14 700 nəfər itkin düşüb.

Operativ Media xəbər verir ki, onların itkin düşməsi təbii fəlakətlə əlaqələndirilir.

Qeyd edək ki, 24 iyun axşamı Venesuelada zəlzələ baş verib.

40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Zəlzələ nəticəsində 164 nəfər həlak olub, 971 nəfər yaralanıb.

14:53

Venesuelanın şimalında zəlzələ nəticəsində ölənlərin sayı 164-ə, yaralıların sayı isə 971 nəfərə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin səlahiyyətli Prezidenti Delsi Rodriqes bildirib.

Qeyd edilib ki, onlarla bina dağılıb. Paytaxtda metro və qatar xidmətləri dayandırılıb.

Venesuela hakimiyyəti fövqəladə vəziyyət elan edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər