Hikmət Hacıyev NATO nümayəndəsi ilə Azərbaycan–NATO əməkdaşlığını müzakirə edib
Operativ Media
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüş keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Hikmət Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, görüş zamanı Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğu vurğulanıb, əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əldə olunan nəticələr və tərəflər arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi sahəsində irəliləyiş müzakirə edilib.
Tərəflər həmçinin Azərbaycan–NATO tərəfdaşlığının müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net