Menyu

İngiltərədə qatar avtomobillə toqquşub

Operativ Media
İngiltərədə qatar avtomobillə toqquşub
1 dəq oxu
İngiltərənin şimal-qərbində yerləşən Lankaşir qraflığında dəmir yolu keçidində qatarın avtomobillə toqquşması nəticəsində bir nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə British Transport Police-yə (BTP) istinadən yerli media məlumat yayıb.

Məlumata görə, bir nəfər hadisə yerində ölüb. Avtomobildə olan uşaq isə həyatı üçün təhlükə yaradan ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, hazırda qatar sərnişinləri arasında digər xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Əlaqəli Xəbərlər