Menyu

Ermənistan parlamentinin sədri dəyişir

Operativ Media
Ermənistan parlamentinin sədri dəyişir
1 dəq oxu

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentinin sədri vəzifəsinə Ruben Rubinyanın namizədliyinin irəli sürüldüyünü açıqlayıb.

Operativ Media xəbər verir ki, Ruben Rubinyan indiyədək Ermənistan parlamentinin vitse-spikeri vəzifəsində çalışıb.

"Müzakirə və gizli səsvermə nəticəsində Ruben Rubinyan Milli Assambleyanın spikeri postuna namizəd seçilib", - Paşinyan deyib.

Beləliklə, onun namizədliyi təsdiqlənəcəyi təqdirdə, Ermənistan parlamentinin yeni sədri olacaq.

Hazırda bununla bağlı prosedurların davam etdiyi bildirilir.

Qeyd edək ki, hazırda parlamentin sədri Alen Simonyandır. Eyni zamanda Ruben Rubinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndədir.

Əlaqəli Xəbərlər