Menyu

Konqoda “Ebola” virusundan ölənlərin sayı 304 nəfərə çatıb

Operativ Media
Konqoda “Ebola” virusundan ölənlərin sayı 304 nəfərə çatıb
1 dəq oxu

Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan ölənlərin sayı son 24 saat ərzində 13 nəfər artaraq 304-ə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Konqo Rabitə və Media Nazirliyi gündəlik bülletenində məlumat yayıb.

Qeyd edək ki, virusa yoluxanların sayı əvvəlki günlə müqayisədə 37 nəfər artaraq 1155-ə yüksəlib. Ölüm göstəricisi 26,3 faiz təşkil edir.

Hazırda xəstəxanalarda və izolyasiya palatalarında 326 xəstə müalicə olunur. Eyni zamanda 138 nəfər tam sağalaraq tibb müəssisələrindən evə buraxılıb.

Əlaqəli Xəbərlər