Menyu

Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib

Şəfa Hüseynli
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
1 dəq oxu

Yaponiyanın mərkəzində 5,8 bal gücündə zəlzələ baş verib.

Operativ Media xəbər verir ki, bu barədə Milli Meteorologiya Administrasiyası məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri qonşu Tokioda, Çiba prefekturasında, 50 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Zəlzələdən dərhal sonra sunami xəbərdarlığı verilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Zəlzələlər Tokioda da hiss olunub.

Əlaqəli Xəbərlər