Səfir: Böyük Britaniya Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı yüksək qiymətləndirir
Operativ Media
Böyük Britaniyanın Azərbaycandakı səfiri Duncan Norman Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib.
Operativ Media xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı Səfirliyi "X" hesabında paylaşım edib.
“Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edərək, həyatını ölkəsinin müdafiəsinə həsr etmiş insanların xatirəsini ehtiramla yad etdim. Böyük Britaniya Azərbaycanla müdafiə sahəsində inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirir və təhlükəsizlik üzrə tərəfdaşlığımızı daha da gücləndirməkdə qərarlıdır”, - paylaşımda qeyd edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma