Menyu

Fransa isti hava səbəbindən nüvə reaktorlarının fəaliyyətini dayandırıb

Şəfa Hüseynli
Fransa isti hava səbəbindən nüvə reaktorlarının fəaliyyətini dayandırıb
1 dəq oxu

Fransanın dövlətə məxsus enerji şirkəti EDF rekord istilik dalğaları səbəbindən ətraf mühitə təsirini azaltmaq üçün iki nüvə reaktorunun fəaliyyətini müvəqqəti olaraq dayandırıb. 

Operativ Media xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Reaktorlar Parisin şimalındakı Nogent-sur-Seine atom elektrik stansiyasında və Lion yaxınlığındakı Bugey atom elektrik stansiyasında yerləşir. Reaktorları soyutmaq üçün istifadə edilən çaylarda temperaturun artması səbəbindən onların fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, Fransa rekord istilər səbəbindən 96 departamentin yarısından çoxunda qırmızı təhlükə səviyyəsi elan edib. 

Əlaqəli Xəbərlər