Tramp: İran atəşkəsi pozub
Operativ Media
ABŞ Prezidenti Donald Tramp İranı Hörmüz boğazında gəmilərə dron hücumları təşkil etməklə atəşkəs razılaşmasını pozmaqda ittiham edib.
Operativ Media xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, İran Hörmüz boğazından keçən gəmilərə eyni istiqamətdən azı dörd dron göndərib. Dronlardan biri iri yük gəmisinin yuxarı göyərtəsinə dəyərək zərər vurub. Buna baxmayaraq, gəmi hərəkətini davam etdirə bilib.
ABŞ Prezidenti bildirib ki, digər üç dron ABŞ qüvvələri tərəfindən məhv edilib.
"Bu, atəşkəs razılaşmamızın açıq şəkildə pozulmasıdır", – deyə Tramp vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net