Menyu

Gürcüstan DTX rəisi Ermənistana rəsmi səfər edib

Operativ Media
Gürcüstan DTX rəisi Ermənistana rəsmi səfər edib
1 dəq oxu

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Geka Geladze Ermənistana rəsmi səfər edib.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.

Bildirilir ki, səfər çərçivəsində Geka Geladze Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanla görüşüb.

Görüşdə tərəflər Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq məsələlərini, regionda baş verən hadisələri və mövcud çətinlikləri nəzərdən keçiriblər. Qlobal təhdidlərin aradan qaldırılması prosesində iki ölkənin təhlükəsizlik xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Əlaqəli Xəbərlər