Menyu

İran XİN: ABŞ-nin zərbələri 18 iyun memorandumunun pozulmasıdır

Operativ Media
İran XİN: ABŞ-nin zərbələri 18 iyun memorandumunun pozulmasıdır

İran Xarici İşlər Nazirliyi ABŞ-ın ölkənin cənubundakı sahil nəzarəti obyektlərinə endirdiyi hava zərbələrini pisləyərək, bunu iyunun 18-də imzalanmış müharibənin dayandırılması haqqında memorandumun pozulması kimi qiymətləndirib.

Operativ Media xəbər verir ki, nazirlik yaydığı bəyanatda hücumların, həmçinin BMT Nizamnaməsinin pozuntusu olduğunu iddia edib.

Bəyanatda eyni zamanda İsrailin Livana endirdiyi zərbələrin də həmin razılaşmaya zidd olduğu bildirilib.

İran XİN qeyd edib ki, ölkə beynəlxalq hüquq çərçivəsində qanuni özünümüdafiə hüququndan istifadə edərək öz suverenliyini və təhlükəsizliyini qoruyur. Bildirilib ki, İran Silahlı Qüvvələrinin ABŞ qüvvələri ilə əlaqəli hədəflərə endirdiyi zərbələr də bu əsasla həyata keçirilib.

Bəyanatda ABŞ və onunla əməkdaşlıq edən tərəflərin baş verən hadisələrin nəticələrinə görə məsuliyyət daşıdığı vurğulanıb.

İran Xarici İşlər Nazirliyi, həmçinin Fars körfəzinin cənub sahilində yerləşən ölkələri öz əraziləri və infrastrukturunun İrana qarşı istifadə olunmasına imkan verməməyə çağırıb, BMT-ni, Təhlükəsizlik Şurasını və digər beynəlxalq qurumları ABŞ-ın beynəlxalq hüququ pozduğu iddia edilən addımları ilə bağlı tədbir görməyə dəvət edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər