Menyu

İsrail və Livan arasında çərçivə sazişinin detalları açıqlanıb

Operativ Media
İsrail və Livan arasında çərçivə sazişinin detalları açıqlanıb

İsrail və Livan arasında nizamlanmaya dair imzalanmış çərçivə sazişi İsrail qüvvələrinin Livan ərazisindən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ, İsrail və Livan rəsmiləri tərəfindən Vaşinqtonda imzalanan və ABŞ Dövlət Departamenti  tərəfindən dərc olunan sənəddə qeyd edilib.

Sazişə əsasən, İsrail hökuməti və Livan tərəfi münaqişəyə son qoymaq və onun əsas səbəblərini aradan qaldırmaq niyyətində olduqlarını bəyan ediblər.

Sənəddə Livan Silahlı Qüvvələrinin ölkənin bütün ərazisi üzərində effektiv suveren nəzarəti bərpa etməsi, həmçinin qeyri-dövlət silahlı qruplaşmalarının tərksilah olunması və onlara məxsus infrastrukturun ləğvi istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Bildirilir ki, bu addımlar İsrail qüvvələrinin Livandan tədricən çıxarılmasına imkan yaradacaq.

Qeyd olunub ki, mərhələli çıxarılma prosesi ilə bağlı təhlükəsizlik tədbirləri və yoxlama mexanizmləri ABŞ-nin dəstəyi ilə hazırlanacaq ayrıca əlavədə öz əksini tapacaq.

Sazişdə, həmçinin Livan ərazisində iki zona müəyyən edildiyi və həmin ərazilər üzərində nəzarətin mərhələli şəkildə İsrail qüvvələrindən Livan Silahlı Qüvvələrinə təhvil veriləcəyi bildirilib. Lakin söhbətin hansı ərazilərdən getdiyi açıqlanmayıb.

Sənəddə Livan hökuməti ölkənin bütün ərazisi üzərində suverenliyin tam bərpasına sadiqliyini təsdiqləyib. İsrail tərəfi isə Livandakı silahlı qruplaşmaların, o cümlədən Hizbullahın yaratdığı təhlükənin aradan qaldırılmasının gələcəkdə hərbi əməliyyatlara və İsrail qüvvələrinin Livan ərazisində qalmasına ehtiyacı aradan qaldıracağını bəyan edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər