Tramp Hindistana səfər edəcək
ABŞ Prezident Donald Trampın gələn ilin əvvəlində Hindistana səfərinə hazırlaşır.
Operativ Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Hindistanın IANS informasiya agentliyinə müsahibəsində deyib.
Rubionun sözlərinə görə, o, prezidentin səfərinə hazırlıq məqsədilə 2026-cı ilin sonunadək Hindistana getməyi planlaşdırır.
Rubio qeyd edib ki, Trampla Hindistanın Baş naziri Narendra Modinin G7 sammiti çərçivəsində baş tutan son görüşündən sonra ABŞ-Hindistan münasibətləri yüksək səviyyədədir. O bildirib ki, ABŞ və Hindistan arasında ikitərəfli ticarət sazişi üzrə yekun danışıqlarla aparılır.
"Hindistan ABŞ-nin çox yaxın tərəfdaşı və müttəfiqidir. Baş nazirlə Prezident arasında münasibətlər də ən yüksək səviyyədədir ki, bu da mənim fikrimcə diplomatiya baxımından son dərəcə vacibdir", - deyə o vurğulayıb.
Qeyd edək ki, Donald Tramp Hindistana sonuncu dəfə 2020-ci ilin fevralında səfər edib.