Menyu

Ukraynada MiQ-29 qırıcı təyyarəsi qəzaya uğrayıb

Şəfa Hüseynli
Ukraynada MiQ-29 qırıcı təyyarəsi qəzaya uğrayıb
1 dəq oxu

Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi ölkənin mərkəzi hissəsindəki Poltava bölgəsində qəzaya uğrayıb.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin Teleqram kanalı məlumat yayıb.

"27 iyun 2026-cı il tarixində Poltava bölgəsində döyüş tapşırığı yerinə yetirən Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi ilə əlaqə kəsilib. Təyyarənin itkisini təsdiqləyirik", - məlumatda qeyd edilib.

Pilotun katapult etdiyi qeyd edilib. Təyyarənin qəzaya uğramasının səbəbi araşdırılır.

Əlaqəli Xəbərlər