Menyu

Afrika ölkələrində 24 nəfər vəbadan ölüb

Operativ Media
Afrika ölkələrində 24 nəfər vəbadan ölüb
1 dəq oxu

Mərkəzi Afrika Respublikasında 24 nəfər vəbadan dünyasını dəyişib.

Operativ Media xəbər verir ki, bu barədə MAR-ın səhiyyə və əhali naziri Pyer Somse bildirib.

"Bu günə olan məlumata görə, 197 vəba infeksiyası halı aşkar edilib, 24 nəfər həlak olub”,  deyə o, bildirib.

Epidemiyanın episentri ölkənin cənub-qərbində yerləşən Bimbo və Mbaiki dairələridir. İlk yoluxma halı iyunun 14-də müəyyən edilib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Afrikanın 14 ölkəsində vəba epidemiyası qeydə alınıb. 

Bunlar arasında ən genişmiqyaslısı Konqo Demokratik Respublikası (KDR) ərazisində baş verib. 

Əlaqəli Xəbərlər