Vuçiç prezident postu ilə vidalaşmağa hazırlaşdığını açıqladı
Operativ Media
Dövlət başçısı kimi son həftələrimdir.
Operativ Media xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqraddakı mitinqdə tərəfdarları qarşısında bildirib.
"Prezident kimi böyük izdiham qarşısında sonuncu müraciətimdir. 14 ildir ki, mən ölkəmə sədaqətlə xidmət edirəm. Mən Serbiyanı dünyada hər şeydən çox sevirəm. Bu, mənim Serbiya Prezidenti kimi son günlərimdir”, - deyə Vuçiç qeyd edib.
Xatırladaq ki, iyunun 10-da Aleksandar Vuçiç dövlət başçısı vəzifəsindən istefa verməyi və respublikanın Baş naziri postuna namizədliyini irəli sürməyi düşündüyünü açıqlamışdı.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net