Menyu

Zelenski: Ukrayna Rusiyanın neft emalı zavoduna uğurlu zərbələr endirib.

Operativ Media
Zelenski: Ukrayna Rusiyanın neft emalı zavoduna uğurlu zərbələr endirib.

Ukrayna ordusunun pilotsuz uçuş aparatları Rusiyanın Krasnodar və Yaroslavl regionlarında yerləşən iki mühüm neft emalı zavoduna uğurlu zərbələr endirib.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında məlumat verib.

Məlumata görə, əməliyyat zamanı cəbhə xəttindən təxminən 300 kilometr məsafədə yerləşən Krasnodar diyarındakı “Slavyanski” neft emalı zavodu vurulub. Eyni zamanda, Ukrayna sərhədindən təxminən 700 kilometr uzaqlıqda yerləşən Yaroslavl regionundakı neft emalı zavodu da hədəf alınıb.

Volodimir Zelenski Rusiyanın hərbi potensialını məhdudlaşdırmağa yönəlmiş bu növ xüsusi əməliyyatların mütəmadi davam etdiriləcəyini vurğulayıb:

"Biz Rusiyanın bu müharibəni aparmaq imkanlarını zəiflədən əməliyyatlarımızı davam etdiririk. Bizim hər bir uzaqmənzilli zərbəmiz Rusiya hərbi maşınına xidmət edən resursların azaldılması və sülhə doğru atılan növbəti addımdır. Rusiya terroruna bundan sonra da cavab verəcəyik".

Ukrayna Prezidenti əməliyyatda iştirak edən hərbçilərə göstərdikləri nəticəyə görə təşəkkür edib və Ukraynanı müdafiə edən hər kəsin həm də ölkə konstitusiyasının gücünü təsdiqlədiyini əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər