Menyu

Finlandiya XİN başçısı: Aİ ilə Rusiya arasında siyasi danışıqlar üçün hələ tezdir

Operativ Media
Finlandiya XİN başçısı: Aİ ilə Rusiya arasında siyasi danışıqlar üçün hələ tezdir

Finlandiyanın xarici işlər naziri Elina Valtonen Ukrayna böhranı ilə bağlı Avropa İttifaqı (Aİ) və Rusiya arasında təmasların hazırlanmasını dəstəkləsə də, siyasətçilər səviyyəsində danışıqlar aparmaq üçün vaxtın hələ yetişmədiyini iddia edib.

Operativ Media ​xəbər verir ki, Frankfurter Allgemeine Zeitung (FAZ) qəzetinə müsahibə verən Valtonen, Avropa İttifaqı Şurasının sədri Antoniu Koştanın Rusiya Federasiyası ilə təmaslarına görə Aİ nümayəndələri tərəfindən tənqid olunması barədə sualı cavablandırarkən belə deyib: "Rəsmi səviyyədə danışıqların hazırlanmasını normal hesab edirəm. Lakin siyasətçilər arasında danışıqlar aparmaq üçün hələ tezdir". Bundan əlavə, onun sözlərinə görə, "Avropada Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlar kontekstində növbəti addımlar barədə düşünən qrupların toplanmasında qəbahətli heç nə yoxdur".

​Finlandiya XİN rəhbəri Avropanın Ukraynanı dəstəklədiyini xatırladaraq deyib: "Əsas odur ki, elə bir təəssürat yaranmasın ki, sanki biz Avropada nəyin bahasına olursa-olsun və hər hansı şərtlərlə sülhə nail olmaq üçün çarəsizcəsinə danışıqlar axtarışındayıq. Biz bitərəf vasitəçi deyilik". O əlavə edib ki, "bunun üçün Avropa ən yüksək səviyyədə təmsil olunmalıdır".

​İyunun 17-də "Bloomberg" agentliyi iddia edib ki, Koştanın əsas məsləhətçilərindən biri Rusiya Prezidentinə yaxın olan yüksəkvəzifəli rusiyalı məmurla iki dəfə telefonla danışıb və bu addım bir sıra Aİ ölkələrinin hiddətinə səbəb olub. Sonradan DPA agentliyinin qeyd etdiyi kimi, Koştanın ofisi diplomatik kanalların açılması üçün Rusiya ilə təmasların olduğunu təsdiqləsə də, hər hansı məzmunlu fikir mübadiləsinin və ya danışıqların aparılmadığını bildirib.

​Aİ-nin iyunun 18-19-da keçirilən sammitində Avropa İttifaqı ölkələri nə Rusiya ilə danışıqlar aparacaq vasitəçinin namizədliyini, nə də mümkün danışıqların məzmununu razılaşdıra biliblər. Sammitdə bu müzakirələrin uğursuzluğa düçar olmasından sonra onlar danışıqlar vaxtının çatmadığını və Avropa İttifaqının heç vaxt vasitəçi olmayacağını, yalnız Ukraynanın tərəfində çıxış edəcəyini bəyan ediblər.

​Rusiya rəhbərliyi isə dəfələrlə bəyan edib ki, Rusiya Federasiyası Aİ ilə danışıqlara açıqdır, lakin Avropa Ukraynanı silahla təmin etdiyi üçün münaqişənin tərəfidir və bu səbəbdən vasitəçi ola bilməz.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər