Türkiyə XİN İsrailin bəyanatına sərt reaksiya verib
Bütün dünyanın gözü qarşısında Fələstin xalqına qarşı sistematik zülm törədən və Beynəlxalq Ədalət Məhkəməsində Qəzza sakinlərinə qarşı soyqırımı ittihamı ilə mühakimə olunan İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi siyasi qərarla öz cinayətlərini ört-basdır etməyi hədəfləyir.
Operativ Media xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda qeyd edib.
Nazirlikdən qeyd olunub ki, hüquqi və tarixi həqiqətləri yox sayan bu bədxah cəhd, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən fələstinlilərə qarşı törədilən cinayətlərlə bağlı aparılan təhqiqat çərçivəsində barələrində həbs qətimkan tədbiri seçilən Netanyahu və cinayət şəriklərinin düşdüyü acizliyi və çıxılmaz vəziyyəti aydın şəkildə nümayiş etdirir.
Bəyanatda həmçinin vurğulanıb ki, Türkiyə, İsrailin regiondakı ekspansionist və sabitliyi pozan siyasətinə son qoyulması, eləcə də Netanyahu hökumətinin başda Fələstin xalqı olmaqla, mülki şəxslərə qarşı törətdiyi cinayətlərə görə qanun qarşısında cavab verməsi istiqamətində qətiyyətlə fəaliyyət göstərməyə davam edəcək.