Vaşinqton: İranın nüvə proqramı ilə bağlı texniki müzakirələr davam etdirilir
Operativ Media
ABŞ və İran arasında texniki səviyyədə danışıqlar davam edir.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib.
"Müfəttişlərin girişi, uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması və İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etməyə yönəlmiş digər aspektlər ilə bağlı müzakirələr, xüsusən də texniki səviyyədə davam edir", - deyə o əlavə edib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp həmişə "diplomatiyaya şans verir", lakin Amerika liderinin səbri "əbədi olmayacaq" və o, Tehrana təsir göstərmək üçün "bütün variantları masada saxlayacaq".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net