Menyu

Venesuelada zəlzələdən zərər çəkmiş La-Guayra ştatına humanitar yardım artırılacaq

Operativ Media
Venesuelada zəlzələdən zərər çəkmiş La-Guayra ştatına humanitar yardım artırılacaq
1 dəq oxu

İyunun 24-də baş vermiş dağıdıcı zəlzələdən ən çox zərər çəkən Venesuelanın La-Guayra ştatına əlavə humanitar yardım göstəriləcək.

Operativ Media xəbər verir ki, bu qərar Venesuela Nazirlər Kabinetinin ölkə prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodrigesin iştirakı ilə keçirilən işçi müşavirəsində qəbul edilib.

"İclasın əsas prioriteti fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması və minlərlə ailəyə təsir göstərən zəlzələdən sonra təbii fəlakət zonası elan edilmiş La-Guayra ştatına humanitar yardımın genişləndirilməsi ilə bağlı tədbirlərin gücləndirilməsidir", - deyə Delsi Rodrigesin mətbuat xidməti bildirib.

Əlaqəli Xəbərlər