Menyu

Banqladeşin keçmiş Baş naziri Şeyx Hasina ölkəyə qayıtmaq niyyətindədir

Operativ Media
Banqladeşin keçmiş Baş naziri Şeyx Hasina ölkəyə qayıtmaq niyyətindədir

Banqladeşin keçmiş Baş naziri Şeyx Hasina bu il ölkəyə qayıtmaq niyyətində olduğunu bəyan edib.

OperativMedia xəbər verir ki, Hindistanın "NDTV" telekanalına verdiyi müsahibədə o, respublikada barəsində çıxarılan ölüm hökmündən qorxmadığını vurğulayaraq bildirib:

"Tam qətiyyətlə bəyan etmək istəyirəm: hər cür maneə və qəsdləri dəf edərək, bu il vətənə qayıdacağam".

"Mənə verilən hökmün ədalətlə heç bir əlaqəsi yoxdur. Bu, qeyri-qanuni, qeyri-konstitusional və siyasi motivli bir prosesin tərkib hissəsidir. Məhkəmə sistemi "Avami Liq" (Xalq Liqası) partiyasını hakimiyyətdən məhrum etmək məqsədi güdən siyasi qisas alətinə çevrilib. Bu cür cəhdlər əvvəllər də edilib. O vaxt iflasa uğramışdılar, indi də uğursuzluğa düçar olacaqlar", - deyə Şeyx Hasina qeyd edib.

Keçmiş baş nazirin sözlərinə görə, Banqladeşdə qadağan olunmuş partiyası "Avami Liq" artıq yenidən dirçəlməyə başlayıb.

Qeyd edək ki, 2024-cü ilin iyul ayında Banqladeşdə hökumət əleyhinə etirazlar baş qaldırmışdı. Yüksək işsizlik səviyyəsindən və iqtisadi perspektivlərin olmamasından narazı olan tələbələr bu etirazlarda fəal iştirak edirdilər. İğtişaşlar və nümayişçilərlə polis arasında baş verən toqquşmalar nəticəsində təxminən 1,4 min insan həlak olmuşdu. 5 avqust 2024-cü ildə Şeyx Həsinə Hindistana uçmuşdu.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər