Menyu

ABŞ-də daşqınlar nəticəsində 4 nəfər ölüb

Şəfa Hüseynli
ABŞ-də daşqınlar nəticəsində 4 nəfər ölüb
1 dəq oxu

ABŞ-nin Kentukki ştatında güclü yağışların yaratdığı daşqınlar nəticəsində ən azı dörd nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu barədə "NBC news" məlumat yayıb.

Ştatda fövqəladə vəziyyət elan edilib. Bəzi ərazilərdə çay daşqınları və güclü yağışlar suyun səviyyəsinin 20 sm-dən çox qalxmasına səbəb olub.

Son məlumatlara görə, 60-dan çox insan xilas edilərək daha təhlükəsiz yerlərə təxliyə edilib. 

Əlaqəli Xəbərlər