Menyu

Hörmüz boğazının idarə olunması üçün yaradılmış Birgə Komitənin ilk iclası Omanda keçirilib

Şəfa Hüseynli
Hörmüz boğazının idarə olunması üçün yaradılmış Birgə Komitənin ilk iclası Omanda keçirilib
1 dəq oxu

Hörmüz boğazında gəmiçiliyin idarə olunması üçün Omanla yaradılmış Birgə Komitənin ilk iclası paytaxt Maskatda keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.

Qaribabadi Omana səfəri ilə bağlı açıqlamasında bildirib: "Maskata səfərimiz zamanı İran-Oman Birgə Hörmüz Komitəsinin ilk iclasını keçirdik. İclasda Hörmüz boğazı ilə bağlı məsələlər nəzərdən keçirildi".

O həmçinin bildirib ki, görüşdə "İslamabad Anlaşma Memorandumunun 5-ci maddəsi çərçivəsində boğazın gələcək idarə olunması və sahilyanı dövlətlərin hüquqları" mövzusunda fikir mübadiləsi aparılıb.

Əlaqəli Xəbərlər