Menyu

İsrail Livanın cənubundakı Hizbullahın üç komandanlıq mərkəzinə zərbələr endirib

Şəfa Hüseynli
İsrail Livanın cənubundakı Hizbullahın üç komandanlıq mərkəzinə zərbələr endirib
1 dəq oxu

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubundakı Hizbullahın üç komandanlıq mərkəzinə zərbə endirib.

Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ofisi məlumat yayıb.

Bildirilib ki, Hizbullahın atəşkəs razılaşmasını pozmasına cavab olaraq İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Nəbatiyə və Mayfadun ərazilərində Hizbullahın üç komandanlıq mərkəzinə zərbə endirib.

Bundan əlavə, İsrail Müdafiə Qüvvələri Hizbullahın İsrail qoşunlarına atəş açmaq üçün istifadə etdiyi raket buraxıcısını məhv ediblər.

Əlaqəli Xəbərlər